İtaliya A Seriyasının 13-cü turunda "Yuventus" klubu "Kalyari"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, oyunda 2:1 hesabı ilə turinlilər qələbə qazanıblar.
Türkiyəli Kenan Yıldız matçda dubl edib.
Bu oyundan sonra "Yuventus" 23 xalla turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. "Kalyari" isə 11 xalla 14-cü yerdədir.
İtaliya A Seriyası: "Yuventus" "Kalyari"ni Kenan Yıldızın dublu sayəsində məğlub etdi