İtaliya A Seriyasının 30-cu turunda "Yuventus" öz meydanında "Sassuolo"nu qəbul edib.
Oxu.Az xəbər verir ki, Turin şəhərinin "Allianz" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
"Yuventus"un qolunu 14-cü dəqiqədə Kenan Yıldız vurub. O, bu mövsüm A Seriyasında 10-cu qoluna imza atıb.
Bu nəticədən sonra "Yuventus" 54 xalla beşinci, "Sassuolo" 39 xalla 10-cudur.