İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları çərçivəsində "Latsio" - "Milan" qarşılaşması baş tutub.
Oxu.Az xəbər verir ki, matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolu Dzakkanyi vurub. Bu qələbə sayəsində "Latsio" növbəti mərhələyə adlayıb.
Xatırladaq ki, "Latsio" ilə yanaşı, "İnter", Napoli", "Yuventus", "Bolonya" və "Atalanta" da İtaliya Kubokunun 1/4 final mərhələsinə yüksəliblər. Turnirin hazırkı qalibi "Bolonya"dır.