Stokholmun “Frends Arena” stadionunda DÇ-2018-in pley-off mərhələsi çərçivəsində İsveç millisi İtaliya komandasını qəbul edib.
Oxu.Az-ın xəbərinə görə, qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 61-ci dəqiqədə Yakob Yuhansson vurub.
Bununla da, İsveç yığması dördqat dünya çempionlarını son 60 ildə ilk dəfə mundialdan kənarda saxlaya bilərlər.
Cavab qarşılaşması noyabrın 13-də Milanda keçiriləcək.
S.B.
www.oxu.az