Millimizin sabiq qapıçısı Kamran Ağayevin işsiz günləri başa çatıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, Kamran Ağayev “Səbail” klubu ilə cari mövsümün sonunadək müqavilə bağlayıb.
Klub onun transferini axşam saatlarında elan edəcək.
Xatırladaq ki, Kamran Ağayev “Keşlə”dən ötən ilin qışında ayrıldıqdan sonra klubsuz idi.
Onu da bildirək ki, Kamran Ağayevin “Səbail”ə keçəcəyi xəbərini ilk olaraq sportinfo.az saytı yazıb.
Səbuhi Musayev