Portuqaliya kuboku çərçivəsində keçirilən “Boavişta” – “Gimaraynş” matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra qələbəni çılğınlıqlar qeyd edən qonaqların qapıçısı Joao Migel ciddi təzyiqlə üzləşib.
Nəticədə ara qarışıb. Elə bu məqamda meydan sahibinin futbolçuları rəqib qapıçının üstünə hücum ediblər. Fürsətdən istifadə edən millimizin qapıçısı Kamran Ağayevin komanda yoldaşları Bernardo Tenqarrina və İdris Mandinq, eləcə də klub rəsmisi Nuno Pereyra qonaqların qapıçısına zərbə endirib.
Həmin anın videosunu təqdim edirik:
A.M.