“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (Bakı Limanı) dövlət büdcəsindən maliyyələşmir. Bu günə qədər də əsas hədəfimiz bu olub ki, büdcədən maliyyələşməyək, özümüz rəqabət qabiliyyətli olaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Bakı Beynəlxaq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bu gün jurnalistlər üçün təşkil edilən mətbuat konfransında deyib.
“Hədəfimiz budur ki, öz təsərrüfatımızı düzgün quraq və bu bizə maliyyə gəliri gətirsin, bu şəkildə də inkişaf edək. Cəmiyyət olaraq buna nail olmuşuq. Hədəfimiz budur ki, Bakıda yaradılacaq Azad Ticarət Zonası da öz-özünü maliyyələşdirsin”.
O, həmçinin xatırladıb ki, Azərbaycan tərəfindən tələb olunan sadə infrastrukturu yaratmaqdır:
“Torpaq sahəsi uzunmüddətli bir dövr üçün xarici şirkətlərə veriləcək.Onlar burada nə tikəcək, bu artıq onların investisiyasıdır. Azərbaycan tərəfindən tələb olunan bu sadə infrastrukturu yaratmaqdır”, - deyə baş direktor qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az