"Kəpəz"in futbolçusu Rauf Hüseynli Azərbaycan çempionatlarının yüksək dəstəsində yüzüncü oyununu keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XIV turunun "Araz-Naxçıvan"la görüşünə (0:2) təsadüf edib.
Rauf səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.
Müdafiəçi 5 klubun heyətində çıxış edib. Hüseynli "Kəpəz"də 33 (3 qol), "Şamaxı"da 31 (1 qol), "Qəbələ"də 30 (1 qol), "Zirə"də 5, "Qarabağ"da 1 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Premyer Liqada debütü 2019/2020 mövsümünə təsadüf edən Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudur.