Almaniya millisinin baş məşqçisi Yurgen Klopp futbolçular üçün bir sıra yeni qaydalar tətbiq edib.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, Kloppun qaydaları Yulian Naqelsmanın dönəmindən daha sərt və konkret xarakter daşıyır.
Bildirilir ki, bu qaydaların əsas məqsədi futbolçular arasında komanda ruhunu və birlik hissini gücləndirməkdir:
- Naqelsmanın dönəmində futbolçular oteldə axşam yeməyinə 19:00-20:00-dan etibarən tədricən qoşula bilirdilər. Kloppun rəhbərliyi altında isə bütün futbolçular yeməyə vaxtında və birlikdə qatılmalıdırlar.
- Oyun günlərində matçöncəsi aktivasiya zamanı telefondan istifadə qadağandır. Futbolçular isinmə və masaj zamanı diqqətlərini yalnız hazırlığa yönəltməlidirlər. Komanda yoldaşları ilə ünsiyyət təşviq olunur.
- Komanda hotelində saç kəsdirməyə icazə verilməyəcək. Futbolçulardan səfərə gəlməzdən əvvəl saçlarını kəsdirmələri tələb olunur.
- Böyük turnirlər zamanı futbolçuların ailələrinin komanda ilə qalmasına yalnız müəyyən hallarda icazə veriləcək. Əsas məqsəd komandanın ümumi hədəflərə fokuslanması və birlikdə vaxt keçirməsidir.
Xatırladaq ki, Yurgen Klopp bu ilin iyul ayından etibarən Almaniya millisinin baş məşqçisi təyin olunub. Onunla 2030-cu ilə qədər müqavilə imzalanıb.