"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli oldu
Oxu.Az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.
Muxtar Respublika təmsilçisi Kipr "Omoniya"sını üstələyərsə, PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.
"Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
Oxu.Az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.
Bakı təmsilçisi III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) kollektivini mübarizədən kənarlaşdırsa, "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.
Bu gün UEFA Konfrans Liqasının (KL) pley-off mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatma nəticəsində UEFA Konfrans Liqasında mübarizə aparan "Araz-Naxçıvan" və "Sabah"ın pley-offa yüksələcəyi təqdirdə rəqibləri bəlli olacaq.
"Araz-Naxçıvan" "səpələnmişlər" səbətində, "Sabah" isə "səpələnməmişlər" səbətində yer alacaq.
Xatırladaq ki, təmsilçilərimizdən "Araz-Naxçıvan" Yunanıstanın "Omoniya", "Sabah" isə Bolqarıstanın "Levski Sofiya" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off oyunları avqust ayının 21 və 28-də baş tutacaq.
