"Sumqayıt" FK heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
2026/27 mövsümü üçün hazırlıqlarını davam etdirən komanda Portuqaliyanın "Şaves" klubunun sabiq cinah müdafiəçisi Tiaqo Almeyda ilə müqavilə imzalayıb.
24 yaşlı portuqaliyalı futbolçu ilə birillik müqavilə bağlanıb. Almeyda "Sumqayıt"da 21 nömrəli forma ilə çıxış edəcək.

Qaynar xətt:
(055) 224 12 12