Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Latsio" - "Milan" matçında qalib müəyyənləşmədi
İtaliya A Seriyasının üçüncü turunun "Latsio" - "Milan" matçı sülhlə bitib.
Oxu.Az xəbər verir ki, Romadakı "Olimpiko" stadionunda baş tutan oyun 2:2 hesabı ilə başa çatıb.
Qarşılaşmada hesabı səkkizinci dəqiqədə "Milan"ın müdafiəçisi Straxinya Pavloviç açıb. "Latsio"nun futbolçusu Valentin Kastelanos 62-ci dəqiqədə fərqlənib. 66-cı dəqiqədə seneqallı hücumçu Boulaye Dia ev sahiblərini hesabda önə keçirib. 72-ci dəqiqədə "Milan"lı Rafael Leau fərqlənərək matçda yekun hesabı müəyyənləşdirib - 2:2.
Beləliklə də, "Milan" üç oyundan iki xal qazanıb və İtaliya çempionatının turnir cədvəlində 14-cü yerdədir. "Latsio" dörd xalla səkkizinci pillədə qərarlaşıb. Çempionata yeddi xalla "İnter" başçılıq edir.
"AC Milan" teqi üzrə xəbərlər
- Santyaqo Ximenes UEFA Çempionlar Liqasında ilkə imza atıb
- ÇL-in pley-off mərhələsinin ilk cavab oyunlarının ƏN YAXŞILARI - Türkiyəli futbolçu da var
- UEFA Çempionlar Liqası: Pley-offdan 1/8 finala çıxan ilk komanda bəlli oldu
- UEFA Çempionlar Liqası: Səkkizdəbir finala yüksələcək daha dörd komanda bəlli olacaq
- CFI şirkətindən misli görünməyən rekord: Ticarət həcmi 1.12 trilyon dolları ötdü