“Mançester Yunayted” klubu İngiltərə Superkubokunun qalibi olub.
Oxu.Az xəbər verir ki, onlar bu titul uğrunda mübarizədə futbol üzrə hazırkı İngiltərə çempionu “Lester”i məğlub ediblər.
Görüş 2:1 hesabı ilə “MY”nin xeyrinə başa çatıb.
Qalib komandanın heyətində Cessi Linqard və Zlatan İbrahimoviç fərqlənib.
www.oxu.az