Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mbappe "Real Madrid"i xilas edə bilmədi: "Malyorka" ilə ilk matçda xallar bölündü
İspaniya Premyerasının 1-ci turunda "Malyorka" və "Real Madrid" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Palma de Malyorkada yerləşən "Son Moih" stadionunda keçirilib. Matçın baş hakimi Sezar Soto Qrado olub və oyun Bakı vaxtı ilə saat 00:30-da start götürüb. Qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
Madrid təmsilçisinin heyətində hücumçu Rodriqo 13-cü dəqiqədə fərqlənib. Ev sahiblərindən isə hücumçu Vedat Muriki 53-cü dəqiqədə qol vurub.
Qeyd edək ki, oyun bu yay "Real Madrid"ə transfer olunan yeni ulduz Kilian Mbappenin La Liqada debütü idi.
Xatırladaq ki, 2023/2024 mövsümünün sonunda Madrid klubu İspaniya Premyerasının çempionu olub. "Malyorka" isə 40 xal toplayaraq 15-ci yerdə qərarlaşıb.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- "El-Klasiko"da qol yağışı: İspaniya Kubokunun qalibi əlavə vaxtda bəlli oldu
- "El-Klasiko" öncəsi "fırtına": Peres hotelə gəldi, "Real Madrid" heç bir tədbirə qatılmadı
- "Real Madrid" İspaniya kubokunun final matçına çıxacaq?
- İspaniya Kubokunun final matçının baş hakimi ağladı: "Oğluma "atan oğrudur" deyirlər"
- Vinisius "Real"a "yox" dedi