Sağlamlıq problemlərinə görə haqqında olan saxlama qərarı ləğv edilən Ahmet Çakar müalicəsi başa çatdıqdan sonra bu gün ifadə vermək üçün məhkəməyə gəlib.
Oxu.Az "Milliyet"ə istinadən xəbər verir ki, prokurorluqda ifadə vermə prosesi tamamlandıqdan sonra Ahmet Çakar sərbəst buraxılıb.
İstintaq digər şübhəlilərlə bağlı prosesləri davam etdirir.
Futbolda qanunsuz mərc oyunları ilə bağlı istintaq zamanı barəsində saxlanılma qərarı olan, lakin ürək problemi səbəbindən xəstəxanaya yerləşdirilən keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar İstanbul Baş Prokurorluğuna gətirilib.
Oxu.Az "Sözcü"yə istinadən xəbər verir ki, səhhətinin yaxşılaşmasından sonra xəstəxanadan çıxarılan Ahmet Çakar bu gün "Mərc iddiaları ilə bağlı" ifadə vermək üçün məhkəmə binasına gətirilib.
Onun istintaq çərçivəsində prokurorluğa təqdim edəcəyi ifadə maraqla gözlənilir.
Futbolda qanunsuz mərc oyunları ilə bağlı istintaq zamanı ötən cümə günü saxlanılan keçmiş hakim və tanınmış futbol şərhçisi Ahmet Çakar infarkt şübhəsi ilə təcili xəstəxanaya aparılıb və ona angioqrafiya proseduru edilib. Bundan sonra səhhətinə görə Ahmet Çakar haqqındakı saxlanılma qərarı ləğv edilib.
Oxu.Az-ın türkiyəli jurnalist İbrahim Haskoloğlunun məlumatına istinadən verdiyi xəbərə görə, xəstəxanada aparılan ətraflı müayinələrdən sonra evə buraxılan Ahmet Çakarın səhhəti yaxşılaşandan sonra hüquqi proseslər üçün məhkəməyə aparılması planlaşdırılırdı.
Lakin Ahmet Çakarın səhhəti gözlənilmədən pisləşib və yenidən infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirilib.