“Mançester Yunayted” klubunun portuqaliyalı futbolçusu Bruno Fernandeş ikici dəfə ata olub.
Futbolçu övladının dünyaya gəlməsi xəbərinin sevincini sosial media izləyiciləri ilə bölüşüb:
“Hamı elə bilirdi ki, Xorvatiya ilə oyunda qol vurmadan stadiondan ayrılmışam. Amma bu belə deyil. Bu gün mən həyatımın ən gözəl qollarından birini vurdum. Özü də təxminən 9 aylıq məsafədən”.
Qeyd edək ki, dünən Millətlər Liqasında Portuqaliya – Xorvatiya yığmasına qarşı oynamışdı. Matç 4-1 hesabı ilə Portuqaliyanın xeyrinə bitmişdi.
Посмотреть эту публикацию в Instagram"Futbol" teqi üzrə xəbərlər
- "Lans" azarkeşlərinə səfər oyunlarına getmək qadağan edildi
- "Arsenal"ın oyunu səmada görünən UNO-ya görə dayandırıldı - Video
- ABŞ-də üç yaşlı uşağın futbol bacarığı valideynləri narazı saldı, polis çağırıldı - Video
- Azərbaycan çempionatlarında on beş mininci qolun müəllifi bəlli oldu - Video
- ABŞ-də futbol matçından əvvəl keçirilən nümayiş faciə ilə nəticələndi - Video
Digər xəbərlər