Rusiyanın sərbəst güləş üzrə yığmasının məşqçisi Vladimir Modosyan AMOR News-a verdiyi eksklüziv müsahibəsində Bakı haqqında təəssüratlarını bölüşüb, eləcə də Azərbaycanda Birinci Avropa Oyunlarında keçirdiyi hisslərdən danışıb.
Oxu.Az xəbər verir ki, Modosyan qeyd edib ki, idman tarixində bu oyunlar ilkdir və onların Azərbaycanda keçirilməsi Bakı üçün böyük şərəfdir.
“Hər şey yüksək səviyyədədir – dəqiq. Təşkilat komandasının üzvləri mehriban qonaqlara qarşı nəzakətlidirlər. Əgər sualınız yaranırsa könüllülər o dəqiqə sizə bir neçə dildə cavab verirlər. Hesab edirəm ki, bu idman bayramı gözəl alınıb”.
Azərbaycan və Ermənistan arasındakı siyasi vəziyyətin erməni idmançılarının oyunlarda iştirakını şərh edərkən Modosyan bildirib:
“Siyasət idman münasibətlərinə təsir edə bilməz. Çoxları düşünürdü ki, burada bu və ya digər şəkildə erməni-Azərbaycan münaqişəsi zəminində məsələlər yarana bilər. Avropa Oyunlarında hər şey fərqlidir. Burada idmanı sevən və rəğbət bəsləyən insanlar toplaşıb. Hamının qarşısında bir məsələ dayanıb – qələbə qazanmaq”.
Rusiya yığmasının erməni məşqçisi Bakı və bakılılar haqqında fikirlərini də bölüşüb:
“Mən heyran olmuşam! Müasir binalar, idman arenaları, idmançıların yaşadığı kəndlər – bunlarla hər ölkə qürrələnə bilməz. Şəhərin gözəlliyi hamını heyran edib, məni də o cümlədən. Bakını, xalqın mehribançılığını gördükdə anladım ki, bu ölkəni parlaq gələcək gözləyir”.