“Barselona”nın hücumçusu Lionel Messi karyerası ərzində ilk dəfə “Yuventus”un qapıçısı Canluicci Buffona qol vurub.
Oxu.Az-ın xəbərinə görə, qarşılaşma Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilib və kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Messi 45-ci dəqiqədə adını tabloya yazdıraraq hesabı açıb. Matçın 56-cı dəqiqəsində İvan Rakitiç meydan sahiblərinin üstünlüyün iki topa çatdırıb. 69-cu dəqiqədə isə Messi dubla imza ataraq oyunda son hesabı müəyyənləşdirib.
Bu qrupun paralel keçirilən qarşılaşmasında Portuqaliyanın “Sportinq” klubu səfərdə Yunanıstanın “Olimpiakos” komandasına 3:2 hesabı ilə qalib gəlib.
S.B.
www.oxu.az