İtaliya A Seriyasının 1-ci turunun "Milan" - "Kremoneze" matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, qonaqlar 1:2 hesablı qələbəni bayram ediblər.
28-ci dəqiqədə "Kremoneze"nin müdafiəçisi Federiko Baskirotto hesabı açıb. 45+1-ci dəqiqədə "Milan"ın mərkəz müdafiəçisi Straxinya Pavloviç yeni gələn Pervis Estupinyanın ötürməsindən sonra hesabı bərabərləşdirib. 61-ci dəqiqədə qonaqların hücumçusu Federiko Bonazzoli yenidən komandasını hesabda irəli çıxarıb.
İtaliya çempionatının 2-ci turunda "Kremoneze" səfərdə "Sassuolo", "Milan" isə səfərdə "Leççe" ilə qarşılaşacaq. Hər iki qarşılaşma cümə günü, avqustun 29-da baş tutacaq.