Misli Premyer Liqasının VIII turunda "Sumqayıt" "Karvan-Yevlax"ı məğlub edib.
Oxu.Az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Sumqayıt"dan Ronaldo Vaskes (12-ci dəqiqə), Aleksandr Ramalinqom (54 və 65-ci dəqiqələr, hər ikisi penaltidən) və Aleksa Yankoviç (59-cu dəqiqə) fərqləniblər. "Karvan-Yevlax"ın qolunu isə 43-cü dəqiqədə Coy Sleyd Mikels vurub.
Bu nəticədən sonra Saşa İliçin baş məşqçisi olduğu komanda xallarının sayını 14-ə çatdıraraq 3-cü pilləyə yüksəlib. 5 xala malik Yevlax klubu isə 11-ci yerdədir.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1) məğlub edib. "İmişli" - "Qəbələ" görüşündə isə bərabərlik qeydə alınıb - 2:2. VIII tura oktyabrın 19-da yekun vurulacaq.
Misli Premyer Liqasının VIII turunun növbəti görüşündə "İmişli" klubu "Qəbələ" ilə bərabərə qalıb.
Oxu.Az xəbər verir ki, Quba Olimpiya Kompleksinin stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
"İmişli"nin heyətində Ronaldo Rodriqez de Souza (74) və Dioqo Almeyda (80), "Qəbələ"nin heyətində isə Domi Massumo (43) və İbrahim Sanqare (47) hərəyə bir dəfə fərqləniblər.
Bu görüşdən sonra "İmişli" 9 xalla səkkizinci, "Qəbələ" isə 5 xalla onuncu pillədə qərarlaşıb.
Bu gün Misli Premyer Liqasında VIII turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, turun ikinci oyun günündə "İmişli" klubu "Qəbələ"ni, "Sumqayıt" isə "Karvan-Yevlax"ı qəbul edəcək.
Qeyd edək ki, tura oktyabrın 19-da "Sabah" - "Zirə", "Neftçi" - "Araz-Naxçıvan" matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
VIII tur
18 oktyabr
14:30, "İmişli" - "Qəbələ".
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Quba OİK stadionu.
18:00, "Sumqayıt" - "Karvan-Yevlax"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
M.H. adına Sumqayıt şəhər stadionu.