Misli Premyer Liqasında III turun oyunları bu gün başlayır.
Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk görüşdə "Qəbələ" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Şəfa" "İmişli" ilə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da keçiriləcək görüş saat 20:15-də start götürəcək.
29 avqust
Misli Premyer Liqası
III tur
18:00. "Qəbələ" - "Şamaxı";
20:15. "Şəfa" - "İmişli".
Qaynar xətt:
(055) 224 12 12