Tərtər rayonunda 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
Kənd sakini 1961-ci il təvəllüdlü Ağa Məmmədov Suqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən kanala yıxılıb. Hadisədən bir neçə saat sonra kənd sakinləri xəbər alıblar və axtarışlara başlanıb. Axtarışlar zamanı onun meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12