Misli Premyer Liqasında XII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun son matçında "Neftçi" evdə "İmişli" ilə qarşılaşıb.
"Palms Sport Arena"da baş tutan görüşdə "İmişli" 3:2 hesablı qələbə qazanıb.
"Neftçi"dən Vinsent Abubakar (11-ci dəqiqə, penalti), Emin Mahmudov (60-cı dəqiqə) fərqlənib. "İmişli"nin qollarını isə Ezekiel Morqan (13-cü dəqiqə), Dioqo Rollo (64-cü dəqiqə) və Edvin Banquera (85-ci dəqiqə) rəqib qapısından keçirib.
Bu nəticədən sonra "Neftçi" 7-ci, "İmişli" isə 8-ci pillədə qərarlaşıb. Hər iki komandanın 15 xalı var.
Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Şamaxı" (0:0), "Araz-Naxçıvan" - "Turan Tovuz" (1:1) görüşləri isə heç-heçə nəticələnib.
Misli Premyer Liqasının XII turunda daha bir matç keçirilib.
Oxu.Az xəbər verir ki, "Sabah" evdə "Şamaxı"nı qəbul edib.
"Bank Respublika Arena"da baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.
Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 14 xala malik bölgə təmsilçisi isə səkkizincidir.
Turun son matçı bu gün "Neftçi" və "İmişli" arasında keçiriləcək. Qarşılaşma "Palms Sports Arena"da saat 17:30-da start götürəcək.
Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşü isə heç-heçə nəticələnib - 1:1.
Misli Premyer Liqasında XII tura bu gün yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşmasında "Sabah" "Şamaxı"nı qəbul edəcək.
Qarşılaşma saat 15:00-da start götürəcək.
Günün ikinci oyununda isə "Neftçi" klubu "İmişli" komandası ilə üz-üzə gələcək. Bu matç saat 17:30-da başlayacaq.
Misli Premyer Liqası
XII tur
23 noyabr
15:00. "Sabah" - "Şamaxı"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"Bank Respublika Arena".
17:30. "Neftçi" - "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Palms Sports Arena".