Misli Premyer Liqasında 2025/2026 mövsümünə start verilib.
Oxu.Az bildirir ki, I turun açılış matçında "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gəlib.
Şamaxı şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
54-cü dəqiqədə "Qəbələ"nin legioneri Domi Massumo fərqlənib. 78-ci dəqiqədə isə Murad Musayev avtoqol müəllifi olub.
Qeyd edək ki, turun digər qarşılaşmaları 16, 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.
Misli Premyer Liqasında 2025/26 mövsümün I turunun ilk matçına start verilib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüşdə "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edir.
"Karvan-Yevlax" Misli Premyer Liqasının 1-ci turu çərçivəsində Şamaxı şəhər stadionunda "Qəbələ"ni qəbul edir.
Oxu.Az xəbər verir ki, komandalar saat 17:00-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Karvan-Yevlax": 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 11. Kayl Spens, 8. Peter Kinqs, 21. İmani Barker
Baş məşqçi: Azər Həşimov
"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 36. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
Bu gün Misli Premyer Liqasında yeni mövsümə bir oyunla start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha dörd görüş keçiriləcək.
Belə ki, "İmişli" - "Turan Tovuz"u, "Neftçi" "Şamaxı"nı avqustun 16-da, "Sumqayıt" isə "Kəpəz"i avqustun 17-də qəbul edəcək. Tura avqustun 18-də keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.
Xatırladaq ki, avqustun 17-də keçiriləcək "Sabah" - "Qarabağ" matçı "köhlən atlar"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi səbəbindən təxirə salınıb.
15 avqust
Misli Premyer Liqası
I tur
Saat 17:00, "Karvan-Yevlax" - "Qəbələ".