Mültəq Döyüş Çempionatının (UFC) keçmiş qalibi amerikalı Kris Vaydman yamaykalı rəqibi Yuraya Hol ilə qarşılaşmada ciddi zədə alıb.
Müvafiq görüntüləri UFC rəhbəri Deyna Vayt özünün “Instagram” səhifəsində paylaşıb.
Aprelin 25-də ABŞ-ın Ceksonvil şəhərində keçirilən qarşılaşma UFC 261 turniri çərçivəsində baş tutub. Görüşün 17-ci saniyəsində amerikalı döyüşçü rəqibinə ilk ayaq zərbəsini endirib və dərhal da yerə yıxılıb. Vaydmanın isə ayağının sındığı məlum olub.
Görüş dayandırılıb və Yuraya Hol texniki qələbə qazanıb. O, MMA tarixində bir zərbə belə vurmadan qələbə qazanan ilk döyüşçü olub.
View this post on InstagramDigər xəbərlər