Almaniyanın “Leypsiq” klubu ilə Moskva “Spartak”ı arasında keçirilməli olan UEFA Avropa Liqasının 1/8 final mərhələsinin matçı ləğv olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın məşhur “Bild” nəşri məlumat yayıb.
İddiaya görə, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya klublarının oyunları ləğv olunub. Avrokuboklarda yeganə Rusiya klubu “Spartak” qalıb. Bu komanda isə “Leypsiq”lə görüşə buraxılmayacaq. Bu səbəbdən də Leypsiq klubu 1/4 finala oynamadan çıxacaq.
Qeyd edək ki, “Spartak” mərhələnin martın 17-də Moskvada baş tutmalı cavab oyununun Bakıda keçirilməsini istəyirdi.
Səbuhi Musa