Bakı ermənisi olan futbolçu Arkadi Andreasyan ölüb.
News.Am-ın məlumatına görə, 73 yaşlı veteran dünən gecə ürək çatışmazlığı səbəbindən vəfat edib.
Qeyd edək ki, Arkadi Andreasyan 1947-ci ilin avqustun 11-də Bakıda doğulsa da, “Neftçi”nin yetirməsi olsa da, Azərbaycan komandasında heç vaxt futbol oynamayıb. O, Ermənistanın “Şirak”, “Ararat” və “Sevan” klublarında çıxış edib. 1972-ci il Münxen Olimpiadasında SSRİ millisi ilə bürünc mükafat qazanıb.
Səbuhi Musayev