Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dağlıq Qarabağ və ətraf rayonlarından olan əhalinin sayı AÇIQLANDI - FOTO
Azərbaycanın Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları üzrə əhalisinin ümumi sayı 947,2 min nəfərdir.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata əsasən, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə əhalinin cəmi sayı 687,7 min nəfərdir. Regionun şəhər əhalisinin sayı 222,4 min, kənd əhalisinin sayı isə 465,3 mindir.
Yuxarı Qarabağ regionu üzrə Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd və Xankəndi şəhərindən olan əhalinin sayı təsnif edilib. İqtisadi rayon üzrə cəmi əhali sayı 687,7 mindir. Şəhər əhalisinin sayı 222,4 min nəfər, kənd əhalisinin sayı 465,3 min nəfərdir.
Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonu üzrə əhalinin sayı təsnif edilib. İqtisadi rayon üzrə cəmi əhali sayı 259,5 min nəfərdir. Şəhər əhalisinin sayı 57,2 min, kənd əhalisinin sayı isə 202,3 mindir.
Nigar Məmmədova
"Ağdam" teqi üzrə xəbərlər
- Ağdamda beş yeni məhəllə salınır: Şəhər sıfırdan inşa edilir - GÖYDƏLƏNLƏR UCALDILIR
- Ağdam şəhərində 107 milyon manatlıq layihələrin icrasına başlanılır
- Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
- Ağdamın bir kəndində 7 milyon manata qeyri-yaşayış binaları tikiləcək
- Ağdamda ağır xəstə özünü öldürdü