“Barselona”nın hücumçusu Neymar qolların ötürülməsi üzrə Çempionlar Liqasının rekordunu qırıb.
Oxu.Az Rambler news-a istinadən xəbər verir ki, braziliyalı Çempionlar liqasının 1/8 finalında “PSJ” ilə matçda iki qol vurub, eləcə də Serhi Robertoya qol ötürməsi edib. Bu ötürmə nəticəsində vurulan qol onları növbəti mərhələyə çıxarıb.
Bu qol ötürməsi Neymar üçün Çempionlar Liqasında səkkizinci olub. Beləliklə də Xavi, Zlatan İbrahimoviç və Məsut Ozala məxsus nailiyyətləri keçib, onlar öz tərəfdaşlarına yeddi dəfə ötürmə etmişdilər.
N.О.
www.oxu.az