Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatına start verilib.
Oxu.Az-ın məlumatına görə, yarışın ilk günü milli komandamız aktivinə ilk medalı yazdırıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov yalnız finalda uduzaraq gümüş mükafata layiq görülüb.
26 yaşlı idmançımız həlledici görüşdə yaponiyalı dünya və Asiya çempionu Naohişa Takotaya məğlub olub.
S.B.
www.oxu.az