Rusiyalı qarışıq döyüş sənəti (MMA) döyüşçüsü Osman Nurməhəmmədov amerikalı Arçi Kolqanı məğlub edərək "Professional Fighters League" (PFL) yüngül çəki kateqoriyasında çempion titulunu qoruyub. Döyüş ABŞ-nin Nyu-York şəhərində keçirilib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Döyüş ikinci raundda başa çatıb. Rusiyalı idmançı texniki nokautla qalib gəlib.
O.Nurməhəmmədov keçən ilin oktyabrında hakimlərin qərarı ilə irlandiyalı Pol Hyuzu məğlub edərək qazandığı PFL kəmərini ikinci dəfə qoruyub. Fevralda rusiyalı idmançı ağrıdıcı üsulla britaniyalı Alfi Devisi məğlub etmişdi. 2022-ci ildən 2025-ci ilə qədər o, Bellator çempionu tituluna sahib olub.
Nurməhəmmədov 28 yaşındadır, o, keçmiş mütləq çempion, UFC kəmər sahibi Həbib Nurməhəmmədovun qohumudur. Usman Nurməhəmmədovun hesabında artıq 22 qələbə var və heç bir məğlubiyyəti yoxdur.