Taekvondo yığmamızın üzvü Patimat Abakarova “Rio-2016”-da bürünc medal qazandıqdan sonra müsahibə verib.
Oxu.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya danışan idmançımız bunları deyib:
“Birinci yeri qazanmaq istəyirdim, amma ilk döyüşüm alınmadı. Uduzduğum rəqibimin finala çıxmasını çox istəyirdim. Belə ki, bürünc medal qazanmaq şansım yaranacaqdı. İndi əlimdə Olimpiya Oyunlarının bürünc medalını tutduğuma görə şadam”.
E.Ə.
www.oxu.az