Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Zirə" möhtəşəm geridönüşlə "Qarabağ"ı məğlub etdi
"Zirə" Azərbaycan Premyer Liqasının XXI turunda "Qarabağ"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada ev sahibləri 3:2 hesablı qələbə qazanıb.
"Qartallar"ın heyətində Salifu Suma (56, 67) və Davit Volkov (90) fərqlənib. Ağdam təmsilçisinin qollarını isə Aleksey Kaşukla (20) Patrik Andrade (42) vurub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 39 xalı olan "Zirə" üçüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Səbail"lə (1:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"la (0:0) heç-heçə edib.
"Qarabağ" Misli Premyer Liqasının XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq.
Matç saat 19:00-da start götürəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 36 xalı olan "Zirə" üçüncüdür.
Misli Premyer Liqası
III dövrə, XXI tur
2 fevral
19:00. "Zirə" - "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev
VAR: Rauf Cabbarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Səbail"ə 1:1, "Sumqayıt" isə "Araz-Naxçıvan"la 0:0 hesabı ilə bərabərə qalıb.
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- Avropanın top komandalarının reytinq siyahısı – "Neftçi" irəlilədi, "Qarabağ" gerilədi
- Riçard Almeydadan Qurban Qurbanova: "Sən mənim ikinci atamsan"
- "Qarabağ"ın yeddiilik seriyası qırılıb
- UEFA reytinqi: "Qarabağ" bir pillə geriləyib
- Qurban Qurbanov: "Pley-off şansımız qalmasa da, "Olimpiakos"la oyuna ciddi yanaşırıq"