Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Kalmar oyunu" serialının aktrisası vəfat etdi
"Kalmar oyunu" (Squid Game) serialının ikinci sezonunda keçmiş polis məmuru Hvan Çun Ho obrazını canlandıran Cənubi Koreyalı aktrisa Li Cu Şil 81 yaşında vəfat edib.
Oxu.Az en.yna.co.kr portalına istinadən xəbər verir ki, ona üç ay əvvəl mədə xərçəngi diaqnozu qoyulub.
1993-cü ildə ona süd vəzi xərçəngi diaqnozu qoyulmuşdu, lakin 2003-cü ildə onun sağaldığı bildirilirdi. Xəstəliklə mübarizə aparmasına baxmayaraq, aktrisa filmlərdə və teatrda fəal rol oynamağa davam edirdi.
Li Cu Şil 1995-ci ildə teatr aktrisası kimi debüt edib və Cənubi Koreyada bir çox məşhur filmlərdə rol alıb.
"Squid Game (Kalmar oyunu)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər