Malavidə yoldaşlıq futbol matçından əvvəl yaşanan izdihamda səkkiz nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, iyulun 6-da, BBC nəşri yazır.
Hadisə “Niyasa Biq Bullets” və “Silver Straykers” komandaları arasında keçirilən yoldaşlıq oyunundan əvvəl baş verib. Görüş Malavinin müstəqilliyinin 53-cü ildönümünə həsr edilmişdi. 40 min azarkeş tutumuna malik stadiona giriş pulsuz idi.
Bu səbəbdən oyundan əvvəl arenaya gələn azarkeşlər arasında izdiham yaşanıb. hadisə nəticəsində yeddisi uşaq olmaqla, səkkiz nəfər ölüb, onlarla insan xəsarət alıb. Polisdən bildiriblər ki, ölənlərin sayı arta bilər.
Baş vermiş faciəyə baxmayaraq oyun təxirə salınmayıb və “Niyasa Biq Bullets”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
S.B.
www.oxu.az