"Qalatasaray"ın UEFA Çempionlar Liqasında pley-off mərhələsini adlayacağı təqdirdə əldə edəcəyi gəlir bəlli olub.
Oxu.Az xəbər verir ki, İstanbul nəhənglərindən olan "Qalatasaray" pley-off mərhələsində "Yanq Boyz" klubunu keçərsə, kassasına 25 milyon avro əlavə edəcək.
Buna səbəb isə UEFA Çempionlar Liqasında formatın dəyişdirilməsi olub.
Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm avrokuboklarda çıxışından kassasına 31 milyon əlavə etmişdi.