“Formula 1”-in Bakı mərhələsinin keçirilməsinə 20 gün qaldığı bir vaxtda “RedBull” komandası yarış üçün yeni çağırış videosu təqdim edib.
Oxu.Az xəbər verir ki, çağırış videosunda Azərbaycanın simvolu sayılan Qarabağ atlarından istifadə olunub.
Bu at cinsi zəngin xanların vaxtlarından Azərbaycanın simvolu olub. Xanlar bu at cinsini yüksək qiymətləndirir və yalnız böyük minnətdarlığın əlaməti kimi hədiyyə edirdilər. Onlar bu atları Allahın hədiyyəsi hesab edirdilər.
Həmin videoçağırışı təqdim edirik:
İ.N.www.oxu.az