Topaz Premyer Liqasında II tura start verilib.
Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında “Sumqayıt” doğma meydanda son çempion “Qarabağ”ı qəbul edib.
Matç Qurban Qurbanovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində Muarem Muarem və Dani Kintana müvafiq olaraq 52 və 84-cü dəqiqələrdə fərqləniblər.
Turnir cədvəli:
| № | Komanda | Xal | Oyun |
| 1. | Qəbələ | 3 | 1 |
| 2. | Neftçi | 3 | 1 |
| 3. | İnter | 3 | 1 |
| 4. | Qarabağ | 3 | 2 |
| 5. | Sumqayıt | 3 | 2 |
| 6. | Zirə | 0 | 1 |
| 7. | Kəpəz | 0 | 1 |
| 8. | AZAL | 0 | 1 |