"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrılıb.
Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Fabiyan Buntiçdən gedir. Təcrübəli qolkiper artıq komanda ilə sağollaşıb.
Onun yeni klubu da bəllidir. Buntiç karyerasını Portuqaliyada davam etdirəcək. O bu ölkənin I Liqa təmsilçisi "Farense" ilə anlaşıb.
Ağdam təmsilçisi Buntiçin ayrılığını yaxın vaxtda açıqlayacaq.

Qaynar xətt:
(055) 224 12 12