Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Qarabağ” klubu loqosunu dəyişib
“Qarabağ” futbol klubu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə müraciət edib.
Oxu.Az Report-a istinadla xəbər verir ki, müraciətdə klubun loqosundakı dəyişiklik haqqında məlumat əksini tapıb.
Rəsmi açıqlamada deyilir: “Qarabağ” Futbol Klubu ölkə çempionatında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı 5-ə çatdırıb. Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu praktikadan yararlanaraq loqomuzun üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib. Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabağ” ifadəsinin “Qarabağ FK” ilə əvəzlənməsidir. Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib”.
A.S.
www.oxu.az
"Qarabağ" teqi üzrə xəbərlər
- Ağdərə rayonunun Həsənriz kəndindən FOTOREPORTAJ
- Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal-çağırı
- Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"
- Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL