“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Vild-Donald Qerye Kipr çempionatındakı debüt matçında qol vurub.
Oxu.Az xəbər verir ki, haitili sol cinah müdafiəçisi XXVI turun “Apollon” – “Enosis” görüşündə (2:1) meydana 67-ci dəqiqədə daxil olub.
Qış fasiləsində Azərbaycanı Kiprə dəyişmiş futbolçu bundan iki dəqiqə sonra künc zərbəsindən ötürməni başla qola çevirməklə “Enosis”in qapıçısını məyus edib. Həmçinin Qerye bu qoldan iki dəqiqə sonra ilk sarı vərəqəsini də alıb.
View this post on InstagramQeyd edək ki, “Apollon” klubunda “Qəbələ” və “Neftçi”nin sabiq hücumçusu Baqaliy Dabo da çıxış edir. Fransalı futbolçu bu matçın 84-cü dəqiqəsində meydana çıxıb.
Səbuhi Musayev
"Fransa" teqi üzrə xəbərlər
- Parisdə "sarı jiletlilər"in yürüşü qadağan edildi: Komendant saatı tətbiq olundu
- Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
- "Lans" azarkeşlərinə səfər oyunlarına getmək qadağan edildi
- Fransada etiraz aksiyalarının iqtisadi zərəri milyardlarla avroya çatıb
- Fransada iğtişaşçılar 10 min avro məbləğində cərimələnəcəklər
Digər xəbərlər