Bu gün Avropa Konfrans Liqasında “Qarabağ”ın 1/16 final mərhələsindəki rəqibi bilinib.
Oxu.Az-ın xəbərinə görə, Ağdam komandası Fransanın “Marsel” komandası ilə qarşılaşacaq.
“Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan)
PSV (Niderland) – “Makkabi” (Təl Əviv, İsrail)
“Fənərbağça” (Türkiyə) – “Slaviya” (Çexiya)
“Midtülan” (Danimarka) – PAOK (Yunanıstan)
“Lester” (İngiltərə) – “Raners” (Danimarka)
“Seltik” (Şotlandiya) – “Budö/Qlimt” (Norveç)
“Sparta” (Çexiya) – “Partizan” (Serbiya)
“Rapid” (Avstriya) – “Totenhem” (İngiltərə)
Qeyd edək ki, pley-offun ilk oyunları fevralın 17-də, cavab matçları həmin ayın 24-də keçiriləcək. İlk matç Fransanın Marsel şəhərində, cavab oyunu Bakıda baş tutacaq.
10:34
Bu gün Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, qrupu ikinci yerdə başa vuran “Qarabağ” Avropa Liqasının qrupunda üçüncü yeri tutmuş komandalardan biri ilə qarşılaşacaq.
17:00-da başlayacaq püşkatmada “Qarabağ”ın potensial rəqibləri də bəlli olacaq. Həmin komandalar bunlardır:
“Seltik” (Şotlandiya), “Fənərbağça” (Türkiyə), “Lester Siti” (İngiltərə), “Marsel” (Fransa), “Midtyulan” (Danimarka), PSV (Niderland), “Rapid” (Avstriya), “Sparta” (Çexiya).
Qeyd edək ki, pley-offun ilk oyunları fevralın 17-də, cavab matçları həmin ayın 24-də keçiriləcək.