Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Turun üçüncü matçında “Qəbələ” “Keşlə”ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Əyalət təmsilçisinin qollarını 50-ci dəqiqədə Merab Giqauri, 70-ci dəqiqədə isə Rafael Utriq vurub.
Bu qələbə sayəsində 18-ci xalını qazanan “Qəbələ” 5-ci pillədəki mövqeyini qoruyub. “Keşlə” isə 13 xalla 6-8-ci yerləri bölüşdürür.