Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Oxu.Az-ın xəbərinə görə, “Qəbələ” doğma meydanda paytaxtın “Neftçi” klubunu qəbul edib.
Matç qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 33-cü dəqiqədə meydan sahibləri açıb. Elvin Məmmədov adını tabloya yazdırıb.
Bununla belə, flaqman oyunda geri dönüş etməyi bacarıb. Mirabdulla Abbasov (57) və İqnasio Herreranın (73) qolları sayəsində qələbə qazanan “Neftçi” xallarının sayını 23-ə çatdırıb. Bu nəticə ilə paytaxt təmsilçisi turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
“Qəbələ” isə 35 xalla ikincidir. Turnir cədvəlinə 45 xalla Qarabağ başçılıq edir.