Bu gün keçiriləcəyi nəzərdə tutulan İtaliya çempionatının yeddi oyunu “Fiorentina”nın kapitanı Davide Astorinin ölümü ilə əlaqədar təxirə salınıb.
Oxu.Az-ın xəbərinə görə, 31 yaşlı futbolçu bu gün səhər saatlarında Udinedə hoteldə ölü tapılıb.
Qeyd olunur ki, Astori yuxudan ayılmayıb.
Bu gün 27-ci tur çərçivəsində “Milan” - “İnter” derbisi, həmçinin “Cenoa” - “Kalyari”, “Udineze” - “Fiorentina”, “Torino” - “Krotone”, “Benevento” - “Verona”, "Atalanta" - “Sampdoriya” və “Kyevo” - “Sassuolo” matçlarının keçirilməsi planlaşdırılırdı.