Yunanıstanın paytaxtı Afinada 2018-ci il Qış Olimpiya Oyunlarının məşəlinin ötürülməsinin təntənəli mərasimi baş tutub.
Oxu.Az-ın məlumatına əsasən, mərasimdə oyunların təşkilat komitəsinin rəhbəri Li Hi Bom, Yunanıstanın prezidenti Prokopis Pavlopulus və Yunanıstan MOK-nin başçısı Spiros Kapralos iştirak ediblər.
Xatırladaq ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində Cənubi Koreyanın Phençhan şəhərində baş tutacaq.
N.O.