Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qurban Qurbanov: "Sanki meydana çempion komanda çıxmamışdı"
"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər".
Oxu.Az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXV turunda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının meydanda sonadək döyüşdüyünü bildirib: "Sanki meydana çempion komanda çıxmamışdı. Çünki oyunçular final fitinə kimi əzmkar mübarizə apardılar. Keyfiyyətli hücumlarımız çox oldu. Rəqibi fərdi epizodlarda üstələdik. Uşaqlarla qürur duyuram".
Q.Qurbanov yerli və bacarıqlı futbolçulara daim şans verdiklərini bildirib: "Bizim üçün hər biri dəyərlidir. Düzdür, lider komandayıq və bizdən tələblər çoxdur. Rotasiya etmək imkanımız az olur. Kluba ilk gəldiyim vaxtlarda avrokubok oyunlarında meydana 10 azərbaycanlı futbolçu çıxarırdım. Bunun da faydasını görürdük".
Xatırladaq ki, Ağdam təmsilçisi vaxtından əvvəl çempionluğu təmin edib.
Anar Həsənov
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- Klublarımızdan avrokubok gözləntiləri
- I Liqaya vəsiqə qazanan "Şəfa"nın baş məşqçisi Qurban Qurbanovun yanında təcrübə keçib
- "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmə ehtimalı açıqlandı
- Qurban Qurbanov: "Futbolçularımız finalda yaxşı oynadılar"
- Qurban Qurbanov: "Sabah" beşinci yeri tutmağa layiq deyildi"