Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rafael Lean "Milan" əfsanəsinin rekordunu təkrarladı
"Milan" klubunun futbolçusu Rafael Lean İtaliya təmsilçisinin braziliyalı sabiq üzvü Kakanın uğurunu təkrarlayıb.
Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna A Seriyasının IX turundan təxirə salınmış "Bolonya" ilə matçda fərqlənməklə nail olub.
Portuqaliyalı forvard Kakadan sonra komandada İtaliya çempionatında ardıcıl altı mövsümdə beşdən çox qol vuran ilk futbolçu olub. "Rossenerilər"də bu nəticəyə sonuncu dəfə 2003-2009-cu illər aralığında braziliyalı oyunçu nail olub.
Qeyd edək ki, "Milan" səfərdə "Bolonya"ya 1:2 hesabı ilə uduzub.
"Rafael Lean" teqi üzrə xəbərlər
- "Çelsi" Rafael Leanın keçidi üçün İtaliya klubu ilə danışıqlara başlayıb
- "Milan" İtaliya Superkubokunun yarımfinal matçına ciddi itki ilə çıxacaq
- Viktor Osimhenin yeni klubu bəlli oldu - "Qalatasaray"dan gedir
- "Milan" Rafael Lean üçün 175 milyon avro tələb edib
- PSJ Mbappenin əvəzinə gənc ulduz alacaq
Ən çox oxunanlar