Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Trabzonspor”la müqaviləsini pozduqdan sonra yeni klubla müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, o, “Krılya Sovetov” klubunda çıxış edəcək.
Bu barədə Samara təmsilçisinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, 22 yaşlı hücumçu bir illik müqavilə imzalayıb. Şeydayev yeni komandasında oyunlarda 11 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Ramil “Trabzonspor”la müqaviləsini avqusutun 9-da pozub.
Pərviz Hüseyn
www.oxu.az