Azərbaycanlı futbolçu Rauf Əliyev Albaniya çempionatında vurduğu qollarının sayını artırıb.
Oxu.Az-ın xəbərinə görə, Əliyevin çıxış etdiyi “Kukesi” komandası doğma meydanda “Teuta”nı 4:2 hesabı ilə məğlub edib.
Azərbaycanlı futbolçu hakimin əlavə etdiyi 5-ci dəqiqədə fərqlənib. Matçın 82-ci dəqiqəsində isə Rauf Əliyevin zərbəsindən sonra top rəqib müdafiəçinin başına dəyərək tora daxil olub.
Xatırladaq ki, Rauf ötən turda “Luşnya” ilə görüşdə də qol vurmuşdur.
“Kukesi” komandası 6 turdan sonra 13 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Şkenderbeu”dan 3 xal geri qalır.
S.B.
www.oxu.az